11 iyunda Formula 1 günə sonuncu praktika sessiyası ilə başladı. Daha öncə Formula 2-də baş verən qəzalardan sonra yol kənarındakı sütunların düzədlilməsi üçün 15 dəqiqə gecikmə ilə başlayan sessiyada da ən yaxşı nəticəni Serxio Perez göstərdi və yenidən Lekler 2-ci, Verstappen 3-cü olaraq bitirdi.
Kvalifikasiya Q1 turunda ilk öncə yüngül qəza edən Vettel, növbəti dövrədə bir daha qəza edərək sessiyanı erkən tamamlayır. Q2-də Stroll etdiyi qəza ilə oyuna sarı bayraq gətirir. Q2, Hamilton və Norrisin yavaş sürməsi ilə bağlı araşdırma ilə bitsə də, lakin qərara əsasən hər ikisi Q3-ə keçid alır. Q3-ün bitməsi ilə son nəticə olaraq Lekler 1-ci, Perez 2, Verstappen 3-cü mövqedə yer alırlar.
© Nurlan Tahirli