Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi yarışlarda final çıxışları baş tutub. Halqa ilə çıxışda beşinci olan Zöhrə Ağamirova lentlə hərəkətlərdə yeddinci pillənin sahibi olub.
Bu çıxışda birinci yerə Almaniyanı təmsil edən Daria Varfolomeyev yüksəlib.
Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız halqa ilə çıxışda fəxri kürsüdə yer alıb. Gimnastlarımız 36,100 bal toplayıblar.
Qrup hərəkətləri ilə komandamiz “AGF Trophy” mükafatına layiq görülüb.
Fərdi yarışlarda Dünya Kubokunda 4 qızıl və 1 bürünc qazanan Darya Varfolomeyeva da “AGF Trophy” mükafatına sahib çıxıb.
Bununla da Azərbaycanın qrup hərəkətləri komandası yarışı 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edib.
Fotoqraf: Nadejda Cavad