“Muzeydə kino” layihəsi çərçivəsində 16-17 mart tarixlərində saat 17:00-da tanınmış fotoqraf Asim Talıbın anım günü ilə əlaqədar ərsəyə gətirilmiş “Asim An” sənədli filminin təqdimatı olacaq. Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi və Azərbaycan Fotoqraflar Birliyinin arxiv materilları əsasında hazırlanan filmin ideya müəllifi və rejissoru Fərqanə Qasımlı, ssenari müəllifi Mirnaib Həsənoğludur. Sənədli filmdə Asim Talıbın yaradıcılıq yolundan bəhs edilir, həmkarlarının onunla bağlı xatirələri yer ralır. Filmdə, həmçinin fotoqrafın müxtəlif dövrlərdə lentə aldığı fotoların bir qismi nümayiş etdirilərək, onların tarixçəsindən danışılır. Eləcə də, Asim Talıbın Qarabağ münaqişəsi başlayandan bu yana, o cümlədən 20 Yanvar faciəsi zamanı çəkdiyi fotoların aqibətindən söz açılır.