Viki Yeri Sevir bu ilin may ayında keçirilən beynəlxalq fotoşəkil müsabiqəsidir. Müsabiqə insanları öz ölkəsində yerləşən təbii sərvətlərin və müxtəlif təbiət abidələrin şəkillərini çəkib Wikimedia Commons layihəsinə yükləməyə həvəsləndirir. Müsabiqə, Vikipediyanı illüstrativ materiallarla təmin etmək və Azərbaycanda təbiətinin mühafizəsi məsələsinə diqqət çəkmək məqsədi daşıyır.
Bu il keçirilən müsabiqə barədə daha ətraflı məlumat almaq üçün “Wikimedia Commons”da yerləşən Wiki Loves Earth 2017 səhifəsinə baxmaq olar.
Əgər siz yüklədiyiniz fotoşəkillərin müsabiqədə iştirakını istəyirsinizsə, o zaman wikilovesearth.org saytına və ya birbaşa Kommonsdakı yükləmə səhifəsinə keçə bilərsiniz, “Upload Wizard” proqram təminatından istifadə edərək fotoşəklinizi yükləyirsiniz. Bu zaman şəklin səhifəsinə avtomatik olaraq {{Wiki Loves Earth 2017|az}} şablonu yerləşdirilir və o müsabiqədə iştirak edir.
Azərbaycanda yerləşən təbii sərvətlərin siyahısı:
Vikipediya:Viki Yeri Sevir/Təbiət ərazilərinin siyahısı
“Wikimedia Commons”da Azərbaycanın səhifəsi:
Commons:Wiki Loves Earth 2017 in Azerbaijan
Müsabiqənin tarixçəsi
Müsabiqə “Vikimedia Ukrayna”nın təşəbbüsü ilə ilk dəfə (pilot layihə) 2013-cü ildə keçirilmişdir.
Bu layihə Vikimaniya 2013-də Vikimedia yerli nümayəndəliklərinin 2-ci yaxşı layihəsi seçilmişdir.
Könüllülər
The people interested to help organize the contest are :
—Interfase (müzakirə) 11:25, 11 fevral 2017 (UTC)
—Wertuose (müzakirə) 07:10, 28 aprel 2017 (UTC)
Mükafatlar
Hər qalib 10 unikal 2017-cı il təqvimi ilə mükafatlandırılacaq! Təqvimdə müsabiqənin loqotipi və əvvəlki müsabiqələrdə qalib olmuş fotoşəkillər əks olunub. Hədiyyələri əldə etmək üçün qaliblər öz əlaqə məlumatlarını juri üzvləri ilə bölüşməlidilər. Bundan əlavə, müsabiqənin təşkilində iştirak edən “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu da qaliblərə ayrıca hədiyyələr təqdim edəcəkdir.
Qaliblər
Müsabiqənin şərtləri
Fotoşəkillərə tələblər. Müsabiqədə iştirak etmək üçün fotoşəkil aşağıdakı tələblərə cavab verməlidir (tələblər beynəlxalq qaydalar əsasında yaranıb):
Şəxsən sizin özünüz tərəfindən çəkilməlidir;
Azərbaycan ərazisində yerləşən və təsbit edilmiş təbiət irsinin (meşə, dağlar, çaylar, flora, fauna və s.), və ya milli park, və ya dövlət tərəfindən qorunan ərazinin şəkli olmalıdır;
Vikimedia Commonsa 1 may, Bakı vaxtı ilə saat 00:00-dan tez və 31 may, saat 23:59-dan gec olmamaq şərtilə yüklənməlidir. Fotoşəkil özü müsabiqədən qabaq da çəkilə bilər;
CC-BY-SA 3.0 lisenziyası və ya digər azad lisenziya altında yüklənməlidir;
Həqiqəti əks etdirməlidir. Şəklin etibarlılığına təsir göstərməyən qrafik redaktorlarda onun üzərində işlənməyə icazə verilir (məsələn, kəsmə və ya rəng korreksiyası), lakin retuş etmək və ya əhəmiyyətli elementləri əlavə etmək olmaz.
Siz bir və ya bir neçə fotoşəkil yükləyə bilərsiniz. Hər bir şəkil müsabiqədə ayrı-ayrılıqda iştirak edəcək.
Çəkdiyiniz şəkilləri may ayında yükləyin
Necə iştirak etmək olar?
1-ci addım Olduğunuz yerdə təbiət ərazisini tapın. |
2-ci addım Təbiət ərazisinin fotoşəklini çəkin. Bacardığınız qədər istənilən sayda təbiət ərazisinin istənilən sayda fotoşəklini çəkin. |
3-cü addım Mayın 1-dən 30-dək çəkdiyiniz fotoşəkilləri “Vikimedia Commons”a yükləyin. |
Təbiət abidələri hardadır?
Azərbaycanın fiziki xəritəsini istifadə edin
Şərti işarələr