Azərbaycan Turizm Blogerləri Assosiasiyası İctimai Birliyi və “Azərbaycan Fotoqraflar” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunun məqsədi tərəflərin fəaliyyət istiqamətləri daxilində və tərəflər arasında bu Anlaşma Memorandumunun məqsədləri üçün daxili turizm potensialının artırılması və inkişafında nəzərdə tutulan proyektlərdə fotoqrafiyanın rolunun təşviq edilməsidir.
Bundan başqa fotoqrafiya və blogerliyin icma səviyyəsində daha yaxşı başa düşülməsi üçün informasiya mübadiləsi və bu əsasla gələcəkdə müxtəlif təşəbbüslərin işlənib hazırlanması, cəmiyyət arasında fotoqrafiya və blogerlik barədə maarifləndirmə tədbirlərinin, sosial aksiyaların keçirilməsi sahəsində əməkdaşlıqla bağlı razılığa gəlinib.