“An-olduğu kimi” sənədli filmin yaradıcı heyəti ilə görüş kecirildi.
19 Yanvar tarixində Landmark Cinema kino zalında “An-olduğu kimi” sənədli filmi nümayişi oldu.
Filmin nümayişindən qabaq Birinci və ikinci Qarabağ müharibəsı və 20 yanvar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Filmin məsləhətcisi Mirnaib Həsənoğlu filmin rejissorunu və operatorunu səhnəyə dəvət etdi. Filmin rejissoru Nazim Məmmədov filmin ideyasından və filmin cəkilməsi haqda fikirlərini bölüşdü. Operator Elşən Bədəlov cəkiliş zamanı olan maraqlı anlardan danışdı. Film Azərbaycan Fotoqrafları Birliyinin arxivində qorunan fotoların bir hissəsini əhatə etmişdir. Filmdə istifadə olunmuş 800 foto 1991 -19994-cü illərdən bəhs edir. Filmdə fotoları cəkmiş foroqraflardan yalnız Mirnaib Həsənoğlu və Nurəhməd Vəliyev çəkilişlərdə iştirak etmişlər. dünyasın dəyişmiş fotoqraflar Oleq Litvin və Əli Qafarov haqda xatirələrdən bəhs edilir. Artıq xaricdə yaşayan Xalid Əsgərovun yaradıcılıqı isə xüsusi əhəmiyyət daşıyırdı filmdə.
Filmdə Birinci Qarabağ müharibəsi iştirakçıları əks olunduqları foto haqda öz xatirələrini filmdə bölüşmüşdülər. Filmdə videodan istifadə olunmamışdır.Film fotolardan ibarət idi.
Filmin nümayişindən sonra tamaşaçılar film haqda fikirlərini bölüşdülər. Tamaşaçılar arasında Birinci Qarabağ müharibəsi iştirakçısı nümayiş olunan filmdə özlərini görənlərdə hisslərini bölüşdülər.
Film Azərbaycan Televiziya və Radiosu QSC-nin istehsalıdır. Azərbaycan Fotoqrafları Birliyinin arxivi əsasında çəkilib.
Film Birinci Qarabag müharibəsini lentə alan fotoqraflar və fotolardakı döyüşçülər haqqındadır. İstifadə olunan fotoların çoxu ilk dəfə nümayiş olunurdu.
Filmin ssenari müəllifi və rejissoru Nazim Məmmədov, operator Elşən Bədəlov, məsləhətçi Mirnaib Həsənoğludur.
Film Arts Council Azerbaijan təşkilatının və Landmark otelin dəstəyi ilə nümayiş olundu.