15-17 mart tarixlərində paytaxtımız daha bir beynəxalq yarışa uğurla ev sahibliyi etdi.
İdman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən 90-dək idmançı qüvvəsini sınadı.
Azərbaycanı böyüklər, gənclər və yeniyetmələr arasında ümumilikdə 22 idmançı təmsil etdi. Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiqlənib.
Yarışın sonuncu günü idmançılar ayrı-ayrı alətlər üzrə final mərhələlərində məharətlərini nümayiş etdirdilər və hər üç yaş qrupunda qaliblər müəyyənləşdi.
Böyüklər arasında millimizin üzvləri Nazənin Teymurova qızıl (gimnastika tiri, sərbəst hərəkətlər, dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (dəstəli at, paralel qollar), gümüş (turnik) və bürünc (halqalar), Mənsum Səfərov qızıl (turnik), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər), gümüş (dəstəli at) və bürünc (paralel qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medal qazandı.
Gənclər arasında komandamızın üzvləri Aydın Əlizadə qızıl (dayaqlı tullanma, sərbəst hərəkətlər), gümüş (halqalar) və bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma), Xədicə Abbaszadə bürünc (sərbəst hərəkətlər) və Nihat Muradlı bürünc (turnik) medallara sahib oldular.
Yeniyetmələr arasında komandamızın üzvləri İlham Salayev qızıl (paralel qollar, halqalar), Albina Aliyeva qızıl (gimnastika tiri), gümüş (sərbəst hərəkətlər, dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə qızıl (turnik), Emin Xankişiyev gümüş (dəstəli at) və bürünc (turnik), Hüseyn Qəhrəmanov gümüş (paralel qollar) və bürünc (dəstəli at, halqalar), Leyla Məmmədzadə gümüş (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə gümüş (sərbəst hərəkətlər), Aynaz Məcidzadə bürünc (sərbəst hərəkətlər) və Emin Xankişiyev bürünc (sərbəst hərəkətlər) medallar əldə etdilər.
Fotoqraf: Nadejda Cavad