5 oktyabr 2019-cu il tarixində İlkin Səlifovun ADO teatrında “EXORDIUM” adlı foto sərgisi açılıb. Sərginin məqsədi insanların cəmiyyətə, təbiətə və ən əsası özlərinə qarşı laqeyd münasibətini dualist fəlsəfənin təzahüründə göstərməkdir. Reportaj, küçə, məişət, idman, makro, peyzaj janrlarında çəkilmis fotoların kütlələşmə, insanların özlərini kapitalizmə qurban verməsi, insanlararası münaqişə, ətraf mühitin çirkləndirilməsi kimi mövzulara toxunması xüsusi diqqət cəlb edir. Bununla fotoqraf insanların sağ qalmaq üçün məhv etməsini və bu məhv etmənin onları daha da məhvə doğru aparmasını təzadlı bir şəkildə göstərir. Sərgi 31 fotodan ibarətdir, bunlardan 10-u ADO teatrının tamaşaları zamanı çəkilmiş fotolardır.