İslamin Sesi ,
fotojurnalist Eddi Adamsın Vyetnamda sürən xaosda çəkdiyi bu foto ona dünya şöhrəti gətirdi. Lakin bu şöhrətlə yanaşı bu foto ona ömürlük vicdan əzabını da bəxş etdi. Fotoda tapançadan açılan atəş və güllənin həmin insanın kəlləsinə necə girdiyi təsvir olunub. O an fotoda öldürələcək insanın üzündəki o dəhşətli ifadə insanın tüklərini biz-biz edir. Ballistka üzrə mütəxəssislər bildirirlər ki, həmin an güllənin tapançadan çıxığı andır.
Eddi Adamsın çəkdiyi bu foto Vyetnam müharibəsinin simvoludur. Bu fotoda Cənubi Vyetnam qüvvələrinin generalı Nquien Nqok Loan əsir götürülmüş vyetnamlını güllələyir. Bu foto dəfələrlə tirajlandı və artıq Amerikada bu müharibənin mənasızlığını deyənlərə haqq qazandırdı. Amerikalılar anladılar ki, anarxiyanın hökm sürdüyü Vyetnamda bu cür müharibənin aparılması sadəcə olaraq anlaşılmazdır və mənasızdır. Texas universitetində Delf Brisko adına tarix mərkəzində Adamsın Vyetnamda çəkdiyi fotoşəkilər və videolar saxlanılır.
Yayımlanan bu fotoda əslində silah tuşlayan bir insan və onun qarşısında gözlərini yuman bir insan var. Foto 1968-ci ilin yeni il bayramlarında çəkilib. Vyetnamda yeni il bayramlarında Cənubi Vyetnam Şimaıli Vyetnamdan(kommunistlərdən) hücum gözləmirdi. Artıq hucum baş vermişdi. Sayqonda küçə döyüşləri gedirdi. Xaosun içində Cənubi Vyetnam döyüşçüləri cəsədlər arasında Şimali Vyetnam döyüşçülərinin komandiri -vyetkonqlu Van Lemanı tapdılar. Lemanı küçə boyunca aparırdılar. Adams da onun arxasınca düşərək fotoları çəkirdi. General Loan əsirə baxdı və tapançasını qaldırdı. “Mən elə bildim ki, o sadəcə olaraq onu tapançasını qaldıraraq qorxudacaq. Ona görə də aparatı qaldırıb fotoları çəkməyə başladım”.Loan əsiri günahkar hesab edirdi.
Daha sonralar əsirə qəfildən atəş açmasını belə izah edirdi: “Əgər sən tərəddüd etsən və borcunu yerinə yetirməsən insanlar sənin ardınca döyüşə getməzlər!”
Sayqona 72 saatlıq hücumda general Loan açar rolunu oynamışdı. Amerikalı general Tulllisa Akampor iki il Loanın hərbi müşaviri işləyib. O bildirib ki, Loan Sayqonu vermirdi. Yalnız 7 il sonra Sayqon şəhəri təslim edildi. Eddi Adamsın general Loan barədə təəssüratları belə idi: “Qəlbsiz, soyuqanlı qatil”. Daha sonralar isə Adams belə deyirdi: “O Veytnam müharibəsinin yetişdirməsi idi”.
Bir il sonra Eddi Adams çəkdiyi fotoya görə ən böyük mükafatı – Pultzer aldı. Onun bu nəhəng uguru, prezident Niksondan aldığ təbriklər, şöhrəti onun vicdanın səsini susdura bilmədi. “Mən bir insanın digər insanı öldürməsini əks etdirən göstərən bir fotoya görə mükafatlandırıldım. İki həyat məhv oldu- mənə isə pul ödədilər. Qəhrəman mən idim!”
Daha sonralar Adams və Loan dostlaşdılar. Loan Vyetnam müharibəsindən sonra Amerikaya qaçdı. Lakin Amerika da onu qəbul etmək istəmədi. Həmin məşhur fotoda təsvir olunan Loanı- Amerika tərəfdaşı olmuş insanı həmin ölkə qəbul etmək istəmədi. Onda Eddi Adamsı çağırdılar ki, gəlib Loanın əleyhinə ifadə versin və onu Amerikadan deportasiya etsinlər. Amma Eddi onun xeyrinə ifadə verdi. Nəhayət Konqres deportasiya barədə qərarı ləğv etdi. Loan da Vaşinqtonda restoran açdı. Orada milli Vyetnam yeməkləri satmağa başladı. Bir neçə il sonra Vaşinqton Post Loan haqqında yazı yayımladı.O bu fotoda restoranın dirəyinə söykəyərək gülümsəyir.
Lakin “Vyetnam cəlladını” keçmişi ondan əl çəkmirdi. İnsanlar bu yazıdan sonra onun kim olduğunu bildilər. Ticarəti iflas edən Loan təqaüdə çıxmalı oldu. Eddi Adams bu fotodan sonra nəhəng şöhrətə imza atdı. Onun obyektivinə Ronald Reyqan, Fidel Kastro və neçə-neçə məşhur düşdü. O saysız-hesabsız mükafatlara layiq görüldü. Amma ona bu şöhrəti gətirən fotonu daim kədərlə xatırladı. General Loan 1998-ci ildə xərçəngdən öləndə Adams bu sözləri yazdı: “O fotoda iki adamın ölümü təsvir olunmuşdu. General vyetkonqlu döyüşçünü, məni isə generalı öldürdüm. Mən generalı fotoaparatımla öldürdüm.”
Eddi Adams generaldan 6 il sonra dünyaya gözlərini yumdu.
http://www.islaminsesi.info/insanlarin-heyatini-mehv-eden-fotonun-qorxunc-hekayesi-18–78993.html
Ülviyyə Tahir
Eddi Adamsın həmin dəhşətli hadisənni şəkdiyi fotoların tam seriyası: