Viki Yeri Sevir bu ilin may ayında keçirilən beynəlxalq fotoşəkil müsabiqəsidir. Müsabiqə insanları öz ölkəsində yerləşən təbii sərvətlərin və müxtəlif təbiət abidələrin şəkillərini çəkib Wikimedia Commons layihəsinə yükləməyə həvəsləndirir. Müsabiqə, Vikipediyanı illüstrativ materiallarla təmin etmək və Azərbaycanda təbiətinin mühafizəsi məsələsinə diqqət çəkmək məqsədi daşıyır.

Bu il keçirilən müsabiqə barədə daha ətraflı məlumat almaq üçün “Wikimedia Commons”da yerləşən Wiki Loves Earth 2017 səhifəsinə baxmaq olar.

Əgər siz yüklədiyiniz fotoşəkillərin müsabiqədə iştirakını istəyirsinizsə, o zaman wikilovesearth.org saytına və ya birbaşa Kommonsdakı yükləmə səhifəsinə keçə bilərsiniz, “Upload Wizard” proqram təminatından istifadə edərək fotoşəklinizi yükləyirsiniz. Bu zaman şəklin səhifəsinə avtomatik olaraq {{Wiki Loves Earth 2017|az}} şablonu yerləşdirilir və o müsabiqədə iştirak edir.

Azərbaycanda yerləşən təbii sərvətlərin siyahısı:

Vikipediya:Viki Yeri Sevir/Təbiət ərazilərinin siyahısı

“Wikimedia Commons”da Azərbaycanın səhifəsi:

Commons:Wiki Loves Earth 2017 in Azerbaijan

 

Müsabiqənin tarixçəsi

Müsabiqə “Vikimedia Ukrayna”nın təşəbbüsü ilə ilk dəfə (pilot layihə) 2013-cü ildə keçirilmişdir.

Bu layihə Vikimaniya 2013-də Vikimedia yerli nümayəndəliklərinin 2-ci yaxşı layihəsi seçilmişdir.

Könüllülər

The people interested to help organize the contest are :

Interfase (müzakirə) 11:25, 11 fevral 2017 (UTC)

Wertuose (müzakirə) 07:10, 28 aprel 2017 (UTC)

Mükafatlar

Hər qalib 10 unikal 2017-cı il təqvimi ilə mükafatlandırılacaq! Təqvimdə müsabiqənin loqotipi və əvvəlki müsabiqələrdə qalib olmuş fotoşəkillər əks olunub. Hədiyyələri əldə etmək üçün qaliblər öz əlaqə məlumatlarını juri üzvləri ilə bölüşməlidilər. Bundan əlavə, müsabiqənin təşkilində iştirak edən “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu da qaliblərə ayrıca hədiyyələr təqdim edəcəkdir.

 

Qaliblər

Müsabiqənin şərtləri

Fotoşəkillərə tələblər. Müsabiqədə iştirak etmək üçün fotoşəkil aşağıdakı tələblərə cavab verməlidir (tələblər beynəlxalq qaydalar əsasında yaranıb):

Şəxsən sizin özünüz tərəfindən çəkilməlidir;

Azərbaycan ərazisində yerləşən və təsbit edilmiş təbiət irsinin (meşə, dağlar, çaylar, flora, fauna və s.), və ya milli park, və ya dövlət tərəfindən qorunan ərazinin şəkli olmalıdır;

Vikimedia Commonsa 1 may, Bakı vaxtı ilə saat 00:00-dan tez və 31 may, saat 23:59-dan gec olmamaq şərtilə yüklənməlidir. Fotoşəkil özü müsabiqədən qabaq da çəkilə bilər;

CC-BY-SA 3.0 lisenziyası və ya digər azad lisenziya altında yüklənməlidir;

Həqiqəti əks etdirməlidir. Şəklin etibarlılığına təsir göstərməyən qrafik redaktorlarda onun üzərində işlənməyə icazə verilir (məsələn, kəsmə və ya rəng korreksiyası), lakin retuş etmək və ya əhəmiyyətli elementləri əlavə etmək olmaz.

Siz bir və ya bir neçə fotoşəkil yükləyə bilərsiniz. Hər bir şəkil müsabiqədə ayrı-ayrılıqda iştirak edəcək.

Çəkdiyiniz şəkilləri may ayında yükləyin

 

Necə iştirak etmək olar?

 

1-ci addım

Olduğunuz yerdə təbiət ərazisini tapın.

 

2-ci addım

Təbiət ərazisinin fotoşəklini çəkin. Bacardığınız qədər istənilən sayda təbiət ərazisinin istənilən sayda fotoşəklini çəkin.

 

3-cü addım

Mayın 1-dən 30-dək çəkdiyiniz fotoşəkilləri “Vikimedia Commons”a yükləyin.

 

 

Təbiət abidələri hardadır?

Azərbaycanın fiziki xəritəsini istifadə edin

Şərti işarələr

 Milli parklar

Hirkan Milli Parkı

Şirvan Milli Parkı

Göygöl Milli Parkı

Abşeron Milli Parkı

Ağgöl Milli Parkı

Altıağac Milli Parkı

Şahdağ Milli Parkı

Zəngəzur Milli Parkı

Samur-Yalama Milli Parkı

 Dövlət qoruqları
1. Qızılağac dövlət təbiət qoruğu
2. Qobustan dövlət qoruğu
3. Pirqulu dövlət təbiət qoruğu
4. İsmayıllı dövlət təbiət qoruğu
5. Türyançay dövlət təbiət qoruğu
6. İlisu dövlət təbiət qoruğu
7. Zaqatala dövlət təbiət qoruğu
8. Bəsitçay dövlət təbiət qoruğu
9. Şahbuz dövlət təbiət qoruğu
10. Qarayazı dövlət təbiət qoruğu
11. Qaragöl dövlət təbiət qoruğu
12. Şirvan dövlət təbiət qoruğu
13. Eldar Şamı dövlət təbiət qoruğu
14. Korçay dövlət təbiət qoruğu

 

 Dövlət Təbiət Yasaqlıqları

1. Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
2. Şəki Dövlət Təbiət Yasaqlığı
3. Laçın Dövlət Təbiət Yasaqlığı
4. İsmayıllı Dövlət Təbiət Yasaqlığı
5. Qusar Dövlət Təbiət Yasaqlığı
6. Qızılca Dövlət Təbiət Yasaqlığı
7. Qubadlı Dövlət Təbiət Yasaqlığı
8. Zuvand Dövlət Təbiət Yasaqlığı
9. Şəmkir Dövlət Təbiət Yasaqlığı
10. Bərdə Dövlət Təbiət Yasaqlığı
11. Korçay Dövlət Təbiət Yasaqlığı
12. Bəndovan Dövlət Təbiət Yasaqlığı
13. Gil adası Dövlət Təbiət Yasaqlığı
14. Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
15. Daşaltı Dövlət Təbiət Yasaqlığı
16. Qəbələ Dövlət Təbiət Yasaqlığı
17. Arazboyu Dövlət Təbiət Yasaqlığı
18. Qax Dövlət Təbiət Yasaqlığı
19. Ordubad Dövlət Təbiət Yasaqlığı
20. Arazboyu Dövlət Təbiət Yasaqlığı
21. Hirkan Dövlət Təbiət Yasaqlığı
22. Zaqatala Dövlət Təbiət Yasaqlığı
23. Arpaçay Dövlət Təbiət Yasaqlığı
24. Rvarud Dövlət Təbiət Yasaqlığı

Leave a Reply