2023 Formula 1 Azərbaycan Qran Prisi Çərçivəsində Formula 2 sıralama turuna start verilib.
Liderliyi “Prema Racing”dən Oliver Birmen göstərib. “Carlin”in sürücüsü Entso Fittipaldi 2-ci, “ART Grand Prix”nin pilotu Teo Purşer 3-cü yeri tutub.
Bred Benavidisin qəza törətməsi nəticəsində sırlama turunda 2 dəqiqəlik fasilə yaranıb. Xilasedici və marşallar ilkin müdaxilə etdikdən sonra maşın yarış yolundan qaldırıcı ilə kənarlaşdırılıb. Yolda yaranmış problem aradan qaldırıldıqdan sonra yarışa davam etdirilib.
45dəqiqə davam edən yürüşdən sonra Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşü keçirilib. Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.
Formula 2 yarışından sonra Qran Prinin sıralanma turu 17:00 da start götürüb.
Mövsümün yeddinci yarışına Aprelin 28-də Bakıda start verildi. Qran Prinin əsas yarışı üçün sıralanma turu 17:00 da başlandı. Sıralanma turunda ilk üçlükdə yer alan pilotlar – Ferrari komandasından Şarl Lekler, Redbull komandasından Maks Ferstappen və Serxio Peres iştirak ediblər.
Tam sürətlə davam edən Azərbaycan Qran Prisində 29 aprel şənbə günü sürətsevərlərin səbrsizliklə gözlədiyi Sprint yarışının təsnifatı və daha sonra isə Sprint yarışı keçiriləcək. Yarışdan sonra isə azarkeşlər niderlandlı DJ Hardwellin konsertində unudulmaz anlar yaşayacaqlar.
Yarış həftəsonunun əsas yarışı – Azərbaycan Qran Prisi isə 30 aprel, saat 15:00-da baş tutacaq.
Mətn/Fotoqraf: Nail Əhmədov