Səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin nəşini yüzlərlə insan qarşılayıb. Ərazidə yaşayanlarla yanaşı, paytaxtın müxtəlif bölgələrindən şəhid polkovnikimizlə vidalaşmağa gələn insanlar Azərbaycan himni oxuyaraq, İlqar Mirzəyevin timsalında bütün şəhidlərimizə ehtiramlarını göstərib.
Fotolar: Famil Mahmudbəyli