Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “AçıqQapı” günütədbiri 30 oktyabr 2016-cı ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil olundu. Toplantını AFB idarə heyətinin sədri Mirnaib Həsənoğlu açdı. 18 oktyabr 2016-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində Qeyri Hökümət təşkilatların Moskva evində təşkil edilmiş Azərbaycan Respublikasının Müstəqilik gününə həsr olunmuş “Azərbaycan mukltikultiralizm ölkəsidir” adlı foto sərgisinə yekun vurulmuşdur. Qeyd edək ki,fotosərgini Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyatı təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi təşkil etmişdi.
Daha sonra oktyabr ayı ücün nəzərdə tutulmuş “İşıqlar” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu. Qeyd etmək lazımdır ki, bu ay üçün nəzərdə tutulan müsabiqənin müəllifi Günel Məmmədova, koordinatoru isə Vüsalə Zeynalova idi.
Müsabiqənin kordinatoru Vüsalə Zeynalova ilk öncə müsabiqə haqqında məlumat verdi. Belə ki, ümumilik də müsabiqəyə 34 nəfər həvəskar və peşəkar fotoqraf 127 foto ilə qatılmışdır. 41 foto müsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar son 1 il ərzində çəkilməliidi. Bu səbəbdən də müsabiqəyə cəmi 86 foto qəbul edildi. Fotolar səs vermə yolu ilə seçildi. Səs çoxluğu ilə “İşıqlar” aylıq foto müsabiqəsinin qalibləri Elsevər Əliyev, Elxan Qəniyev və Aleksandr Fristov oldu.Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplomla təltif olundular. Müsabiqənin kordinatorluğuna görə Vesalə Zeynalovaya sertifikat təqdim olundu. Sonda ənənəvi xatirə fotosu çəkildi.