Rusiyanın Çelyabinsk şəhərində sentyabrın 8-də 7-ci Beynəlxalq Fotofestivalın
açılışı oldu. Fotofest-2016- da bir çox xarici ölkələrdən, həmçinin Rusiyanın ayrı-
ayrı vilayətlərindən, o cümlədən Moskvadan iştirak edən fotoqrafların ondan
yuxarı sərgisi və seminarı təşkil olunmuşdur.
Festivalın ikinci günü Azərbaycan Dövlət İnformasiya Agentliyinin, “Bakı” Media
Mərkəzi və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatı dəstəyi ilə
hazırlanmış 50 əsər nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə festivalda iştirak edən Azərbaycan foto ustalarının hazırladığı fotosərgi
“Multikulturalizm” mövzusuna həsr olunmuşdur.
H.Əliyev fondunun sifarişi ilə “Bakı” Media Mərkəzinin hazırladığı 18 dəqiqəlik
“Bir günəş altında” video çarxı azərbaycan ərazisində yaşayan azsaylı xalqların
məişəti, təbiəti, adət ənənəsi, film zamanımn hər xalqın öz dilində danışması
festival iştirakçılarının və qonaqların böyük marağına səbəb olmuşdur.
Sərgidə vaxtı ilə Azərbaycanda yaşamış ustad fotoqraf Oleq Litvinin, Fərqanə Qasımlının, İlkin Səlifovun, İradə Qədirovanın, Nadejda Cavadın, Zaur Mirzəyevin, Vüqar İbadovun, Denis Sveçnikov, Tural Nusalovun fotoları tamaşaçıların rəğbətini qazanmışdır. Sərgini AFB tərəfindən sərginin kuratoru Ayxan Əhmədov təmsil edirdi.
Sərgi haqqında Ayxan Əhmədov gələn qonaqlara ətraflı məlumat vermişdir.
Rusiya fotoqraflar İttifaqının sədri, təyyarəçi kosmanavt, Rusiya Fedarsiyasının
qəhrəmanı, RF Foto Rəssamları İttifaqının sədri, REA müxbir üzvü Y.M.Baturin,
Başkurdstan fototoqraflar sədri, xalq rəssamı Ramil Kilmamedov söz alaraq bu
sərginin tək bu festivalda deyil, həmçinin digər mötəbər sərgilərdə görmək
istədiklərini bidilldirdilər. Bildirilib ki, bu fotosərgi digər mötəbər sərgilərdən heç də
geri qalmır, əksinə burada xalqların tolerantlığı, birgəyaşayışı, özlərini tam
güvəndə hiss etmələri açıq-aydın görünür. Ümumi birgəyaşayış qaydalarına əməl
olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini,
etnik xüsusiyyətlərini qoruyub saxlamışdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il
Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Dövlətimizin başçısının tışıbbüsü
ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Azərbaycan mədəniyyət, tolerantlıq və sivilizasiyalararası mədəniyyətlərə böyük
önəm verən ölkələrdəndir. Azərbaycanda azsaylı xalqların və milli azlıqların
qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədilə onlarla
mədəniyyət mərkəzi yaradılıb. Azərbaycan hökuməti milli azlıqların hüquqlarının
qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Hazırda Azərbaycanda onlarla milli
mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bəlkə də bu səbəbdəndir ki, sərgiyə maraq
böyükdür.