“World Eco Photo 19” çərçivəsində Tobolskda məlumatlandırıcı tur həyata keçirildi. Tur ilk öncə Tyumendə qısa bir gəzinti ilə başladı və Tobolsk şəhərinə yol almaqla davam etdi. Ertəsi gün, şəhərlə “Müqəddəs Znamensky Abalakskiy” monastırı ilə tanış olmaqla başlandı və “Abalak” turizm kompleksini ziyarətlə davam etdi. Bunun ardınca “Tobol” filminin çəkiliş meydançası olan “Sibir əsrlərinin posadları” açıq hava muzeyi kompleksinə gəzinti təşkil olundu.
Marşrutda planlaşdırılmasa da, bizə qadın monastırında da biraz gəzmək imkanı verildi. Bundan əlavə, bələdçimiz sayəsində, şəhərin ecazkar mənzərəsinin açıldığı – Tobolsk Kremlinin zənginin olduğu yuxarı mərtəbələrə qalxdıq. Lakin bundan öncə biz Kremlin ətrafında gəzdmiş, “Sibir-Sofiya-Uspenski” kilsəsini ziyarət etmişdik. Həmçinin “Gostiny Dvor” və oranın otel otaqları ilə tanışlıq turu da olmuşdu.
Gəzinti zamandı ən çox təəssüratlar aldığım yerlərdən biri vaxtilə SSRİ-də, indi isə Rusiyada yeganə fabrik olan Tobolsk bədii sümük oyma məhsulları fabriki ziyarəti idi. Həmçinin 1917-1918-ci illərdə İmperator II Nikolay və ailəsinin yaşdığı ev muzeyini ziyarətdən də böyük zövq aldım. Eyni gün ziyarət etdiyimiz bir başqa muzey Yepiskoplar Evi idi. Bundan sonrakı ziyarətlərimiz “Namestnik Sarayı”na və “Qala Həbsxanası” muzeylərinə oldu. Keçmiş katorqa həbsxanasının binalarından birində “Tobol” bədii filminə həsr olunmuş muzeyini də həmçinin gəzmiş olduq. Gəzintinin sonunda VisitTyumen tərəfindən bizə bu filmə dair xatirə kitabı hədiyə olundu.
Sonuncu gündə Q.E.Rasputinə aid qeyri-adi ev-muzeyini ziyarət etdik. Muzeyin sahibi bəzən Rasptuninə bəzən də Romanovlar ailəsinə dair məlumatları çox emosional və maraqlı izah edirdi.
Layihənin sonunda, Tyumen Dram Teatrında fotoqraf Aleksandr Kalionun “80-ci illərdə Ruslar” foto sərgisi baş tutdu. Sərgi ilə tanışlıqdan sonra müəllif çıxış edərək bu fotoşəkillərin tarixi və sərgi haqqında geniş məlumat verdi və bununla da sayca ikinci olan World Eco Photo layihəsi başa çatmış oldu.
Layihəyəyə və dəvətinə görə təşkilatçı Sergey Firtsevə təşəkkürümü bildirirəm. Bu layihə mənim üçün mövzu baxımından da xüsusi idi – diqqətimizi ekologiyamızın, təbiətimizin gözəlliyinə və onları qorumağa olan ehtiyacımıza cəlb etdiyi üçün. Tobolskda çox gözəl təşkil edilmiş tura görə “Tümen Bölgəsinin Turizm və Tanıtım Agentliyi”nə (VisitTyumen) və bütün səyahət boyu rahatlığımız üçün səylərini əsirgəməyən Yevgeniya Boyarskiyə təşəkkür edirəm. Təşkilatımızı təmsil etmək üçün mənə verdiyi bu missiyaya görə Azərbaycan Fotoqrafları Birliyinə (AFB) ayrıca minnətdarlığımı bildirirəm.