Müsabiqəyə təqdim olunan fotolarda Novruz bayramında novruz adət ənənələri, bayram mətbəxinə aid hazırlıq. Novruz xonçası və xörəklərinin hazirlanması, natürmortlar, tonqal ətrafında baş verən şənliklərin bədii formada əks etdirən fotolar olmalıdır.
Müsabiqə üç bölmədən ibatərdir:
1. Novruz mətbəxi
2. Novruz tonqalı
3. Novruz adət ənənəsi
Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqədə həm fotoaparatla, həm də mobil telefonla çəkilmiş fotolar qəbul olunur.
Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 28 mart tarixinə kimi təqdim olunmalıdır və fotolar münsiflər heyətinə və ya açıq səs vermə üçün kodlaşdırılacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Müsabiqənin təşkilatçıları lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda “AFB Ayliq Musabiqe qrupu”-nda yerləşdiriləcək
Müsabiqəyə qoşulan hər bir kəs acıq səs vermədə iştirak etməsi arzu olunur.Seçim Sizindir