Sentyabrın 22-24-də paytaxtımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinə uğurla ev sahibliyi etdi.
Azərbaycan komandası yarışı beş mükafatla başa vurub.
Son gündə Azərbaycan cüdoçuları bir medal qazanıblar – Zelim Kotsoyev (-100 kq) üçüncü olub.
Turnirin ilk günündə qadınlar arasında -48 kq çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva gümüş medala sahib oldu.
Kişilər arasında -66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Yaşar Nəcəfov finalda Yaponiya təmsilçisi Takeşi Takeoka ilə qarşılaşdı və qızıl medal qazandı.
Turnirin ikinci günündə isə Hidayət Heydərov (-73 kq) və Zelim Tçkayev (-81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.
Turnirdə 61 ölkədən 450-yə yaxın cüdoçu iştirak etdilər.
Fotoqraf: Nadejda Cavad