Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Cəbrayıl Şəhəri Günü sərgi nümayişləri ilə davam edib.
Azərbaycan Fotoqrafları Birliyinin (AFB) arxivindən olan fotolardan ibarət
nda Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndələri, rayon ictimaiyyəti və qonaqlar iştirak etdilər.
Fotosərgidə tarixi fotolarla yanaşı, Cəbrayılın son zamanlar inkişafından və quruculuğundan bəhs edən, habelə təbiət mənzərələrini özündə əks etdirən fotolar da yer almışdir.
Fotosərgidə Cahangir İbadovun, Hüseyn Hüseynzadənin, Əlfəs Hüseynovun, Aydın Mehdiyevin, Mahir Əhmədovun, Nurlan Tahirlinin, Əhməd Hətəmzadənin, Hörmət Ömərovun, Vüqar İbadovun, Amira Süleymanın, Vüqar Əmrullayevin, Cəbrayıl Usubovun, Famil Mahmudbəylinin, Elman Hüseynovun, Fərqanə Qasımlının və Mirnaib Həsənoğlunun fotoları yer almışdır.
Cəbrayıl Şəhəri Günündə AFB-nin idarə heyətinin üzvləri Amira Süleyman, Elnur Babayev, Sücəddin Hüseynov və AFB-nin rəsmi təsisçisi Mirnaib Həsənoğlu iştirak etmişdilər.