Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı “Ana harayı” abidəsi ziyarət olunur.
Budəfəki anım mərasimində fərqli hisslər yaşanır. 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, qisası alınıb.
Fotolar: Famil Mahmudbeyli