Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.
Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı oldu.
Sonra Dünya Taekvondo Federasiyasının himninin sədaları altında qurumun bayrağı səhnəyə gətirildi.Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov tədbirdə çıxış etdilər.
Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi.
Fotoqraf: Nadejda Cavad