Fevralın 15-də “QGallery” sərgi salonunda səyyah-fotoqraf Əli Əkbərin “Təbiətin səssiz musiqisi” adlı ilk fərdi fotosərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri Mirnaib Həsənoğlu sərgi barədə öz fikirlərini bölüşüb.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman fotolarda vəhşi təbiətin qoynundakı heyvanlar və müxtəlif ölkələrdə yaşayan insanların həyat tərzinin əks olunduğunu bildirib. Sədr qeyd edib ki, bu fotoları çəkmək uzun və maraqlı bir yolun nəticəsidir. Sevindirici haldır ki, sərgidə təqdim olunan bu kadrlar hər kəsdə böyük maraq və heyranlıq doğurur.

Sərginin müəllifi Əli Əkbər diqqətə çatdırıb ki, burada müxtəlif illərdə çəkdiyi 60-a yaxın foto yer alıb. “Əvvəllər fotoları müəyyən bir mövzu ətrafında çəkməyi düşünürdüm. Sərgini bu ad altında təqdim etməyimin səbəbi odur ki, hər bir foto öz ab-havasını, öz enerjisini daşıyır. Həmçinin bu vasitə ilə istənilən fotonun ruhunu və təsirini duymaq daha doğru olar”,- deyə o əlavə edib.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Leave a Reply