19-20 may tarixlərində Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsas zalında qılıncoynatma üzrə Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 90 qılıncoynadan medallar uğrunda mübarizə aparıb. İlk olaraq, turnirin açılış mərasimi baş tutub. Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.Yarışın ilk günündə sablya və rapira növündə qaliblər müəyyənləşib:

Sablya.Qadınlar:

  1. Sevil Bünyatova
  2. Sevinc Bünyatova
  3. Nərminə Cəfərova
  4. Aysel Əhədova

Sablya.Kişilər:

  1. Abdulla Həsənov
  2. Cavanşir Ağakişiyev
  3. Xalid Əsədov
  4. Elvin Rzazadə

Rapira.Qadınlar:

  1. Elmira Xudaverdiyeva
  2. Sevil Bünyatova
  3. Nərminə Cəfərova
  4. Sevinc Bünyatova

Rapira. Kişilər:

  1. Cavanşir Ağakişiyev
  2. Elvin Rzazadə
  3. Rəhim Əmirov
  4. Marat Aminov

Yarışın ikinci günündə şpaqaçılar arasında mükafatçıların adlarına aydınlıq gəlib:

Şpaqa. Kişilər:

  1. Barat Quliyev
  2. Xalid Əliyev
  3. Cavid Cahangirov
  4. Hikmət Əliyev

Şpaqa. Qadınlar:

  1. Elmira Xudaverdiyeva
  2. Ülkər Hümbətli
  3. Məryəm Sadıxova
  4. Ləman Bayramova

Qaliblər diplom və medallarla təltif olunublar. Bundan əlavə mükafatçılara AQF tərəfindən hədiyyə kuponları təqdim olunub.

Leave a Reply