Azərbaycan Fotoqrafları Birliyinin üzvü Arif Ələkbərin Namibiyada çəkdiyi foto Şimali Makedoniyanın Kıçevo şəhərində keçirilən “Photo Salon Kicevo” beynəlxalq fotoqrafiya müsabiqəsinin bürünc medalına layiq görülmüşdür. Bu, dünya üzrə fotoqrafları bir araya gətirən və müxtəlif foto kateqoriyalarında təşkil etdikləri fotomüsabiqələrdə iştiraklarına imkanı yaradan nüfuzlu tədbirdir.
IAAP (International Association of Art Photographers) – Beynəlxalq İncəsənət Fotoqrafçılar Assosiasiyasının* patronajlığı ilə keçirilən bu tədbirdə münsiflər heyəti müxtəlif ölkələrdən seçilir və peşəkar fotoqrafçılar arasında yetərli rəqabət yaradılır. “Photo Salon Kicevo” müxtəlif mövzuları əhatə edən foto müsabiqələr təşkil edərək qalibləri mükafatlandırır.
* IAAP (International Association of Art Photographers) – Beynəlxalq İncəsənət Fotoqrafçılar Assosiasiyasıdır. Bu təşkilat incəsənət fotoqrafiyası ilə məşğul olan peşəkar və həvəskar fotoqrafları bir araya gətirir. Onlar beynəlxalq sərgilər, müsabiqələr və seminarlar təşkil edərək fotoqrafiya sahəsində inkişafı təşviq edirlər.