8-12 Noyabr 2019 tarixlərində Çinin, Lishui şəhərində “Lişui Fotoqrafiya festivalı” keçirilmişdir. 5 günlük festivalda açılış mərasimi ilə birgə bir sıra beynəlxalq seminarlar, mövzulu foto sərgi, foto məhsulların təqdimatı, mədəni turizm məhsullarının yarmarkası və bağlanış mərasimi keçirilmişdir. Təşkilatçıların statistikasına əsasən ümumilikdə 108 ölkədən 153 qurum və 112 təhsil müəssisəsindən 5021 fotoqraf festival sərgilərində iştirak etmək üçün müraciət etmişdir.
Festivaldakı sərgilərin təşkilində kuratorlardan biri kimi dəvət alan Guo Jing, Shangtuf komandası olaraq 50-dən çox ölkədən 71 fotoqraf dəvət edərək ümumilikdə 700 iş sərgiləmişdir. Sərgilərdən biri olan “Mən və Ailəm” sərgisi üçün 50 ölkədən dəvət göndərdiyi 51 fotoqraf sıralarında Azərbaycandan Nurlan Tahirli də yer almışdır. 1 ay davam edən bu sərgidə fotoqrafın “Zaman Tuneli”, “Zaman oyuğu” fotoları ilə yanaşı milli geyimdəki ailə avtoportreti ziyarətçilərə təqdim olunmuşdur.
Fotoqraf həmçinin 2018-ci ildə Çində 13-cü Yixian festivalına dəvət almış və onun “Gümüşü seriyası” fotoları festivalda sərginlənmişdir.