Avqust ayının ilk on günündə Şəmkir rayonunda Müdafiə Nazirliyinin nəzarəti və dəstəyi altında jurnalistlər üçün təlimlər həyata keçirtdi. Müdafiə Nazirliyinin peşəkar mütəxəssisləri ekstremal şəraitdə davranış qaydaları, psixoloji durumlar, konflikt zonalarında hərəkətlər, marşrut trayektoriyalarını tədris etdilər. Təlimlərdə ölkənin yazılı mediasının və TV-lərin müxbirləri, fotoqraflar, video operatorlar, bloggerlər iştirak etdilər. Təlimlərin məqsədi jurnalistlərin real döyüş şəraitində necə işləməsi və onların təcrübə toplaması üçün hər bir şəraitin yaradılmasından ibarət idi. Dərsləri “Dinc Dünya” araşdırma mərkəzinin sədri Əlisafa Mehdiyev və Müdafiə Nazirliyinin peşəkar mütəxəssisləri məruzə etdilər. Təlim müddətində kurs iştirakçılarına nəzəri və praktiki biliklər öyrədildi, onlar hərbi mühitlə yaxından tanış oldular.
Sizlərə “Azərbaycan Fotoqrafları Birliyi”-nin üzvləri İlkin Səlifov və Elxan Qəniyev tərəfindən çəkilmiş fotoları təqdim edirik.