Süleyman Amira Nəcəf qızıAzərbaycan Fotoqrafları Birliyinin sədri

1985-ci il may ayının 10-da Bakının Əmircan kəndində anadan olmuşdur. Amira Süleyman 2004-cü ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərir. 2010-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Fotoqrafiyanı daha mükəmməl və dərindən öyrənmək üçün Azərbaycan Fotoqrafları Birliyinin nəzdində Fotoqrafiya məktəbinin 3 aylıq kursunu uğurla bitirmişdir. Daha sonralar Ankara və Bursada foto dərsləri almış, seminarlarda iştirak etmişdir. 2022-ci ildə birliyin İdarə heyətinin üzvü və sədr müavini seçilmiş, 2023-cü ildən Birliyin sədri vəzifəsini icra edib. 2024-cü ildə AFB ümumi iclasında səsvermə yolu ilə Birliyin sədri seçilmişdir.
2013-cü ildən SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində fotoqraf vəzifəsində çalışır.

Mehdiyev Aydın İmran oğlu –  İdarə heyətinin üzvü

1959-cu il iyul ayının 13-də Bakı şəhərində anadan olmuşdur.
Texnika elmləri doktoru, AzMİU-nun professor əvəzi, 2009- cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür.
Fəxri mədəniyyət işçisi, bir çox fotosərginin müəllifi, beynəlxalq foto təşkilatlarının (FİAP,İAAP,PSA,GPU və s.) keçirtdiyi fotomüsabiqələrin 19 qızıl, gümüş, bürünc mükafatlarını, 20-dən çox diplomunu və 150-dən çox beynəlxalq dərəcəli sertifikatları qazanmışdır.

Əhmədov Ayxan Əbdül-Kərim oğluİdarə heyətinin üzvü

1979-cu il avqust ayının 17-də Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin “Televiziya rejissoru” ixtisası üzrə bakalavriyat, 2003-cü ildə “Teatrşünaslıq” ixtisası üzrə magistratura, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsini bitirib. Uzun illər müxtəlif yerli və xarici telekanallarda rejissor, aparıcı və redaktor vəzifələrində çalışıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan müxtəlif müəssisələrə rəhbərlik edib. «Dövlət Əhəmiyyətli Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Mərkəzinin» yaradıcısı və rəhbəri olub. Beynəlxalq fotofestivalların daimi və fəxri münsifidir. Müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub, o cümlədən, Böyük Britaniya kral ailəsinin himayəsi altında fəaliyyət göstərən “The City & Guilds” beynəlxalq dərəcəli təlimçi tituluna layiq görülüb.

İbadov Vüqar Fəxrəddin oğluİdarə heyətinin üzvü

1978-ci il oktyabır ayının 7-də Bakı şəhərində anadan olub. 1998-ci ildə ANS-TV, 2004-cü ildə SOY production-da, həmçinin ştatdan kənar (stinger) “Reuters” informasiya agentliyində Foto-TV xidmətində çalışıb. 1999-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. 2012-ci ilin sentyabr ayından Türkiyənin dövlət informasiya agentliyi Anadolu Ajansı Kafkaslar bürosunda fotomüxbir vəzifəsində çalışıb. 2013 ildən etibarən isə Bakı Media Mərkəzində fotomüxbir kimi çalışıb. COP-29 Azərbaycan Əməliyat şirkətinin Fotoqrafıdır.

Eminbəyli Şakir Vəfa oğluİdarə heyətinin üzvü

1969-cu il mart ayının 17-də Salyan rayonu, Həsənabad qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
“Art Zone” layihəsinin təsisçisi və icraçı direktoru. Jurnalistika, televiziya və media istehsalı sahəsində 30 ildən çox təcrübəyə malik təcrübəli media mütəxəssisi və .ART Səfiridir.
“Art Zone” layihəsinin təsisçisi kimi o, APTN və Reuters kimi qlobal agentliklərlə əməkdaşlıq edərək mədəniyyət və yaradıcılığı təbliğ edib. O, ANS TV və Real TV-də müxtəlif vəzifələrdə çalışıb. Media sahəsindəki fəaliyyətinə görə “Tərəqqi” medalı və Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.

Ələkbər Arif Gülməmməd oğlu – İdarə heyətinin üzvü

1971-ci ilin fevral ayının 14-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsini bitirib.
“Azərbaycan Hava Yolları”, “American Express”, “British Airways”in Azərbaycandakı təmsilçiliklərində, “Azeronline LTD” Birgə Müəssisəsində çalışıb. NETTY Milli İnternet Mükafatının Akademikidir.
Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin əməkdaşıdır.

Hüseynov Sücəddin Zeynəddin oğlu – İdarə heyətinin üzvü

1971-ci il noyabr ayının 12-də Qarakilsə rayonunun Dəstəgird kəndində anadan olmuşdur.
Təhsili: Təhsil istehsalatı kombinat – Fotoqraf (1989);
Azərbaycan Beynəlxalq Universiteti – Hüquqşünaslıq (1995-1998).
İş təcrübəsi:
“ Mədinə” Kiçik Müəssisəsində – İdarə müdiri (1992-1998).
Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidməti – Aparıcı mütəxəssis (1998-2000).
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti – Aparıcı mütəxəssis (2000-2005).