Martın 6-dan 9-dək Milli Gimnastika Arenası daha bir mötəbər yarışa, “İdman gimnastikası üzrə Dünya kuboku”-na ev sahibliyi etdi. Kubokda 19 ölkədən gimnastlar çıxış ediblər.
Komandamız dörd finalda təmsil olundu. Nikita Simonov halqalarda, İvan Tixonov turnikdə, Murad Ağarzayev və Dəniz Əliyeva isə dayaqla tullanmada həlledici mərhələyə vəsiqə qazanıblar.
Nikita Simonov halqalarla hərəkətlərdə qalib gələrək Azərbaycan komandasının hesabına qızıl medal yazdırıb. Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutublar. Dəniz Əliyeva dayaqla tullanma üzrə yeddinci olub.
Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunub.
Fotoqraf: Nadejda Cavad