Sentyabrın 28-də Bakıda boks üzrə İBA Çempionlar Gecəsində dünyanın bır sıra ən güclü boksçuları iştirak etdi. Baş tutan ilk 5 döyüşdə sırası ilə Sərxan Əliyev-ə qarşı Urançimeqin Monx-Erdene, Nicat Hüseynov-a qarşı Con Zulueta, Qabil Məmmədov-a qarşı Nurtas Ajbenov, Cekson Villiam Murrey-ə qarşı Solomon Adebayo, Məhəmmədrəsul Məcidov-a qarşı Nursultan Amanjolov 6 raundda üz-üzə gəldilər.
Əsas mübarizədə 10 raundluq döyüşdə, Lenar Perez ilə Rosmen Brito qarşılaşdılar. Nəticədə Lenar Perez WBA Asiya titulunu alaraq qazandı. Ardınca 92+kq çəki dərəcəsində 8 raundluq döyüşdə Məhəmməd Abdullayev ilə Kristian Salsedo qarşılaşdılar. Ən sonda 57 kq çəki dərəcəsində Vsevolod Şumkov ilə Mirazizbek Mirzaxalilov qarşılaşaraq İBA Çempionu kəməri üçün mübarizə apardılar. 10 raundluq mübarizə nəticəsində çempion kəməri ilə rinqdən ayrılan Vsevolod Şumkov oldu.
Mətn/Foto: Nurlan Tahirli