1-8 oktyabr 2019 il tarixlərində Kuzey Kıprız Turk Cumhuriyətində Azərbaycan Fotoqrafları Birliyi üzvlərinin yaradıcılıq fototuru başa çatdı.
Turda AFB idarə heyətinin bədii işlər üzrə sədr müavini Rauf Umud, Pəri Arifqızı və Şahin Sərkərov iştirak edirdi. 6 gün ərzində Kıprızın şərqindən qərbinə 1500 km -ə qədər məsəfədə tarixi abidələr, turizmlə bağlı gözoxşayan təbiəti ilə tanışlıq Kıprıza yeni bir baxış idi.
Oktyabrın 4-də Quzey Kıprız, “Foder” foto dərnəyində FİAP-in potranajlığı ilə keçirilən «Georgian Drag – 2019» Beynəlxalq fotomüsabiqənin yekun fotosərgisində, AFB üzvlərinin və Gürcüstan Fotoqraflar Assosasiasının üzvlərinin fotoları da yer almışdı. Sərgi zamanı AFB-nin təsis etdiyi qızıl medalar Mehmet Gökyiğıtə və Ricos Andreas Gregoriona ,Photo Fəxri fərman və diplom Paris Pieridesə təqdim eilmişdir.
Oktyabrın 7-də “Foder” dərnəyinin üzvləri AFB üzvlərinin yaradıcılığı ilə tanış olmuş , suallara cavablandırmışlar. Görüşdə Pəri Arifqızının “Kıprız- şirin yuxularım”, Şahin Sərkərovun “Xəzərin sahilində” və Rauf Umudun “Günəşə yaxın” və “Bakı dünən və bu gün” layihələri təqdim olunmuşdur.
Turun təşkilatına Quzey Kıprız “Foder” foto dərnəyinin prezidenti Mehmet Gökyiğıt , Xarici İşlər Nazirliyinin Beynəlxalq əlaqələr Bürosunun rəhbəri Fatma Mallıdağlı Demirel, Milli Təhsilə Nəzarət, Qiymətləndirmə və Rəhbər Komitəsinin rəhbəri Havva Dağsever, Mülki Müdafiə komitəsinin rəhbəri Mehmet Yılmabaşar və İidman komitəsi hər tərəfli kömək göstərmişdir.
Geri dönərkən Türkiyənin tanınmış fotoqrafı İsmayıl Haykırla görüşən Rauf Umuda Azərbaycan Fotoqraflar Birliyinə TFSF fotoalmanaxı hədiyyə etdi.