Tədbir 30 sentyabr 2018-ci ildə Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi Açıq Qapı günü tədbiri baş tutdu.
Fotojurnalist Firi Səlim “Uzaqdan zərbə” adlı təqdimatı ilə öz yaradıcılığında olan məqamlardandanışdı və təqdim etdiyi fotolar haqqında iştirakçılar fikir mübadiləsi apardılar.Firi Səlim idmanda onun üçün əsas olan amillərdən söz açdı. Özünün uşaqlıqdan aktiv idman tamaşaçısı olduğunu bildirdi.Foto çəkərkən yarışdan əvvəl artıq xəyalında qurduğu kompozisiyanı reallaşdırmağa çalışmasından danışdı.
Rəşad İsgəndəroğlu təxəllüsü Isr Obvius Peyzaj mövzusunda fotolarında işıq, zaman,məkan haqqında öz fikirlərini bölüşərkən, müəyyən məqamlara toxundu. Müəllif öz yaradıcılığında müəyyən zaman foto manupulatsiyalardan söz açaraq, sosial şəbəkələrdə necə fotoları yerləşdirmək və bunların üstün və çatışmayan cəhətlərini öz təcrübəsində söylədi. Daha sonra peyzaj fotoları ilə daima onun üçün daha əsas olduğunu bildirdi. Peyzaj fotolarında düşdüyü məkanların işıq rejimindən bəhrələnmək təcrübəsini bölüşdü. Təqdimatın sonunda isə fotoda başqa janrlarda çəkmək arzusu və bu istiqamətdə olan fotolarını da nümayiş etdirdi.
Təqdimatların sonunda müəlliflərə AFB adından minnətdarlıq bildirildi.Firi Səlim vəRəşad İsgəndəroğluya Azərbaycanın Korifey fotoqraflarından olmuş Hacı Akif Ağayevin foto albomu hədiyyə olundu.
Tədbirdə gənc fotoqrafların fotolarına baxış keçirildi və müəlliflə müəyyən kompozisiya, işıq və rəng haqqında fikirlər bölüşüldü.
Tədbirdə AFB-nin təsisçilərindən olan Asim Talıb çıxış etdi və öz fikirlərini bölüşdü.
Tədbirin yekununda AFB idarə heyətinin sədri Mirnaib Həsənoğlu tədbirin keçirilməsinə şərait yaratdığı üçün “AMİNAT school” rəhbərliyinə minnətdarlığını bildirdi.