Formula 1 Azərbaycan Qran Prisi ilk dəfə olaraq bu il Sentyabr ayında trekdədir. Yarışa ilk üçlükdə Şarl Lekler, Oskar Piastri və Karlos Saynz başladı. Elə ilk dövrədə Karlos Saynz ilə Lans Strolun bolidləri qısa bir anlıq toxunsalar da, bu heç bir zərərə yol açmadı.

16-cı dövrədə McLaren komandası Norris-dən arxasındakı Perezi mümkün qədər biraz ləngitməyini bildirib. Təbii ki, bu addım komanda yoldaşı Piastri üçün idi. O, dövrənin sonuna qədər müvəffəq olsa da, sonda Perez ötüb keçə bilib və 5ci pozisiya yüksəlib. 19 dövrə ərzində yarışa liderlik edən Şarl Lekler, 20-ci dövrədə yerini Piastriyə itirir. Yarışa 4-cü yerdə başlayıb, bir müddət 6-cı yerə geriləyən Serxio Perez, 19-cu dövrədə 3-cü olaraq yerini möhkəmlədir. Bunun əksinə Perezin 1 pozisiya qabağında başlayan Saynz isə onun arxasında 4-cü olaraq uzun müddət yarışa davam edir.

Yarışın sonuna doğru 50-ci dövrədə ilk yerlər üçün mübarizə daha da qızğın hala gəlir. Belə ki, Perez bir anlıq 2-yə yüksəlir lakin tez bir zamanda 4-cü yerə enərək əvvəlki yerini Saynza itirir. Aralarında 3-cü yer üçün gedən qızğın mübarizədə qəfil olaraq Saynzın bolidi sol tərəfə meyl edərək Perezə çırpılır və ardınca o da divara çırpılaraq, nəticədə hər ikisi ciddi qəzaya uğrayır və bütün xallar itirilir. Beləcə yarışın sonuna yaxın bütün nəticələr qəfil dəyişir. Sonda ilk yeri Oskar Piastri, 2-ciliyi Şarl Lekler və 3-cülüyü Corc Russel əldə edir.

Qeyd edək ki, bu Formula 1 Azərbaycan Qri Prisində Perezin nəticəsi olduqca yüksək idi, hətta belə ki, komandanın ən yaxşısı Verstappeni belə geridə qoyaraq 3-cü olaraq davam edirdi. Uzun müddətdir yüksək müvəffəqiyyət göstərməyən Perez üçün, bu yarışda çox yaxın olduğu o yüksək nəticəyə böyük ehtiyacı vardı, lakin gözlənilməz bir şəkildə bundan məhrum olur. Video fraqmentdə 2-ci döngədən sonra uzun düz yolda Saynzın qəfil sola tərəf meyl etdiyi görünsə də, FIA stüardları bu hadisəni eləcə də, Saynzın öncəki dövrlərdə gedişlərini analiz edərək, hər hansı xaotik hərəkətin olmadığı qərarına gələrək, heç bir sürücüyə cəza təyin etməyiblər.

Mətn/Foto: Nurlan Tahirli

Leave a Reply