Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.
Yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib.
“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.
Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başladı. Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb. “McLaren” komandasının pilotu Oskar Piastri birinci olub. “Ferrari”nin pilotu Şarl Lekler ikinci, “Mersedes”in pilotu Corc Rassel isə üçüncü olub.
Nail Əhmədov