Azərbaycan Qran Prisinin 2-ci günündəki sərbəst yürüşü biraz durqunluqla başladı və bir neçə dəfə qırmızı bayraqla dayanmalı oldu. Belə ki Haas komandasında Maqnusseni əvəz edən Oliver Bearman 1ci döngədə zamanında manevr edə bilmədiyindən və yalnış qərar verərək bolidin sol tərəfindən zədə aldı. Onun əksinə Mersedes pilotu Corc Rassel 2-ci döngədə qəzaya düşməkdən zamanında dayanaraq son anda qurtuldu. Yeri gəlmişkən, Corc Russel bu sessiyada 0.013 saniyə fərqlə ən sürətli nəticəni göstərən pilot oldu. Onun ardınca Şarl Lekler izlədi.

Növbəti qırmıza bayraq Alpin komandasından Esteban Ocon üçün gəldi. Onun bolidində baş verən mühərrik nasazlığı səbəbi ilə davam edə bilmədi. Xatırladaq ki, ötən sərbəst yürüşdə də Alpin bolidində ciddi nasazlıq aşkar olunmuşdu.

Beşinci yerdə bitirən Maks Ferstappen bir neçə dəfə döngələrdə divara çox yaxın hərəkət edərək azarkeşlərini həyəcanlandırdı. Lakin ən çox həyacanı elə sıralama turunda 15-ci döngədə baryeri sürtünürək keçdikdə yaşatdı.

Sıralama turunun ilk hissəsində Lando Norris 16-cı döngədə geniş dönrərək bolidin alt hissəsini sürtərək risk etdi. Gözlənilməz nəticəni Williams komandasından Kolapinto  5-ci pozisiya keçərək göstərmişdi lakin tezliklə yerini Alonsaya verməli oldu.

Sıralama turunun 3-cü hissəsində həmçinin qeyri ordinar hadisə baş verdi. Williams pilotu Aleksandr Albon piti tərk edərkən bolidin üzərində soyuducu qurğusu unudularak qalmışdı. Pitdən ayrıldığı üçün geri qayıda bilməzdi, lakin bu halda yarışa davam da edə bilməzdi. Pit çıxışında dayanaraq öz gücü ilə avadanlığı yerindən çıxarmağı bacardı, lakin hərəkət etdikdən sonra ardınca soyuq buz parçaları səpələnərək trekə dağıldı.

Mətn/Foto: Nurlan Tahirli

Leave a Reply