Formula 1 Qran Prisinin Azərbaycan mərhələsində ilk sərbəst yürüş 13 sentyabr tarixində baş tutdu. Bu il, öncəki ildən fərqli olaraq Qran Pri ənənəvi yarış stilində keçirilir. Belə ki, ilk iki gün sərbəst yürüş və Şənbə axşamı Təsnifat turunda yarış üçün mübarizə aparırlar.

İlk olan FP1 sessiyasında Ferrari komandasından Şarl Lekler 15-ci döngədə qəza edərək bolidi ciddi zədə aldı. Onun komanda yoldaşı Karlos Sainz isə 7ci döngədə bolidin yan tərəfi divarla sürtünürək trek zolağından kənara çıxmasına səbəb oldu. Williams komandasınınyeni sürücüsu Franko Kolapinto da etdiyi qəzayla bolidi ağır zədə aldı. Alpine komandasından Esteban isə bolidində nasazlıq aşkar edərək praktiki sessiyadan uzaqlaşdı.

Növbəti sessiyada Şarl Lekler eyni döngədə bir daha sükanla bağlı problem yaşadı, lakin bu dəfə toqquşmadan qaça bildi və səs vasitəsilə bolidində nasazlıq olduğunu bir daha vurğuladı. Red Bullun pilotu Maks Ferstappen də 5-ci döngədə qəza etməkdən son anda xilas oldu. Franko Kolapinto isə  yürüş vaxtı yüngülcə divara sürtünərək demək olar zədə almadan davam etdi. Alpine pilotu Piyer Gazli yürüş vaxtı enerji qurğusunda nasazlıq aşkar edərək trekdə qəfil niyə aşağı sürətlə getdiyini səs ilə bildirdi.

Foto/Mətn: Nurlan Tahirli

Leave a Reply