Azərbaycan, Bakı. 2025-ci il 18 Aprel tarixində başlayan FIG Bədii Gimnastika üzrə Dünya Kuboku 20 Aprel tarixində sona yetdi. Baş tutan yarışda 38 ölkədən 65 fərdi gimnast, eləcə də 14 ölkənin qrup komandaları çıxışlarını ifa etdilər.
Fərdi gimnastlar arasında çoxnövçülük üzrə fərdi gimnastlar arasında ilk üç yeri sırası ilə Raffaeli Sofia (İtaliya), Onofriichuk Taisiia (Ukrayna) və Nikolova Stiliana (Bolqarıstan) tutdu. Final yarışında ayrı-ayrı alətlər üzrə – Halqalarda Onofriichuk Taisiia, Tugolukova Vera (Kipr), Salos Anastasiia (AIN); Topda Tugolukova Vera, Onofriichuk Taisiia, Harnasko Alina (AIN); Gürzlərdə Varfolomeev Darya (Almaniya), Nikolova Stiliana, Onofriichuk Taisiia; Lentdə isə Varfolomeev Darya, Onofriichuk Taisiia və Dragas Tara (İtaliya) ilk üc yerlərin sahibi oldular.
Qrup hərəkətləri üzrə ifalarda çoxnövçülükdə ən yüksək nəticəni Bolqarıstan, ardınca Çin və Ukrayna komandaları izləyərək Qızıl, Gümüş, Bürünc medalların sahibi olublar. Final çıxışlarında 5 Lent üzrə Çin, İzrail və Qazaxstan komandaları ən yaxşı 3 nəticəni göstərən komandalar olub. Top və Halqa çıxışında Yaponiya, Çin və Bolqarıstan komandaları medal qazanıblar.
Bundan əlavə yarışda AGF Trophy nominiyası üzrə də mükafatlar təqdim olunub. Təsnifat mərhələsində icra xalına əsasən, ən yüksək xal qazanan fərdi gimnast Varfolomeev Darya (30.350), qrup hərəkətlərində isə Bolqarıstan komandası (28.250) AGF Trophy mükafatlarını aldılar.
Mətn/Foto: Nurlan Tahirli