“Dünəndən sabaha boylanan Bakı” foto sərgisi,  yolumuz sabahadır tezisinə uyğun Azərbaycan Fotoqraflar Birliyinin üzvlərinin Rafiq Qəmbərov (sərginin kuratoru), Rauf Umud, Məhəmməd İsmayılov, Mirnaib HəsənoğluVüqar İbadovun  əsərlərdən ibarət yüzə yaxın fotolardan ibarətdir.

Sabah dünəndən həmişə daha ümidli, daha gözəldir

Hələ həmin tarixlərə bir az yaxınıq. 10-15 il sonra bir zamanlar əsasən yastı-yapalaq, bir çoxu elə gecəqonduvari nimdaş dörd divardan, darısqal küçəciklərdən ibarət o məhəllələrin yerində dikələn yaraşıqlı binaları, sarayları, gül-çiçəkli parkları seyr edənlərin ağlına belə gəlməyəcək ki, dünən bu tərəflər necə imiş. Fəqət 10-15 il sonra o yerlərdəki cazibədar bağlardan birindəmi əyləşərək, hansısa möhtəşəm mülkünmü, göydələninmi yanında dayanaraq bir ağsaqqal dərin fikirlərə dalacaq, xatirələrinin izi ilə dünənlərə qayıdacaq. Yadına düşəcək ki, düz bu yerdə bir vaxt onun doğulduğu, böyüdüyü, atalı-analı, bacılı-qardaşlı, xoşbəxtlərin xoşbəxti olduğu ev vardı…

Bu layihə “Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənə və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Sərgi 11 dekabr 2016-cı il, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Fotoqraflar İctimai Birliyinin və Fujifilm- Azərbaycan şirkətinin dəstəyi ilə Vəcihə Səmədova adına sərgisalonunda açıldı.

“Dünəndən sabaha boylanan Bakı” sərgisi ilə dekabrın 13-nə qədər davam edəcək

http://azertag.az/xeb…/Dunenden_sabaha_boylanan_Baki-1018345

Leave a Reply