Mayin 2-ndə səhər saatlarından başlayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həm şəhərin mərkəzi hissəsindəki küçə və prospektlərdə, həm də paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.Bu işlərə şəhər strukturlarının 37 ədəd, Daxili İşlər Nazirliyinin 15 ədəd xüsusi təyinatlı texnikası və kommunal təsərrüfat xidmətlərinin 2 min nəfərdən çox əməkdaşı cəlb olunub.Gün ərzində paytaxtda və ətraf qəsəbələrdəki 200-dən artıq küçə və prospektdə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Nadejda Javad