Heydər Əliyev Beynəlxalq Aeroportu “BUTA ilə anı tut!” şüarı altında keçiriləcək növbəti rəsmi spottinq barədə elan edir!
Spotterlər Azərbaycanın yeni loukosteri – #ButaAirways təyyarələrinin müxtəlif rakurslardan fotolarını çəkmək imkanı əldə edəcəklər.
Tədbir şənbə günü, 7 oktyabr 2017-ci ildə keçiriləcək.
Spottinqə həm peşəkar fotoqraflar, həm də mülki aviasiya həvəskarları dəvət olunurlar.
Fotoqraflar təyyarələrin uçuş və enişini, yerüstü aerodrom xidmətlərinin işini, hava gəmilərinin yedəklənməsini və s. fotoçəkiliş etmək imkanını əldə edəcəklər.
Tədbir hava limanının PR-xidmətinin və Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin (ATBİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.
İştirak üçün ərizələr 4 oktyabra kimi bu linkdə göstərilmiş forma üzrə qəbul edilir: http://bit.ly/spotting_oct17
Ərizəni maksimum ətraflı şəkildə doldurmağınızı xahiş edirik.
İştirakçıların minimal yaş həddi 18 yaşdır.
Diqqətinizə çatdırırıq ki, yerlərin sayı məhduddur, iştirakçıların tam siyahısı təşkilatçılar tərəfindəm formalaşdırılacaq.
İştirakı təsdiq etmək üçün “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşları tərəfindən cavab məktub göndəriləcək.