90-cı illərin əvvəllərində SSRİ-nin dağıldığı, Azərbaycanın müstəqillik əldə etdiyi, ölkədəki bütün strukturların fəaliyyətini dayandırdığı bir dövrdə təcrübəli, həvəskar, peşəkar – bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq zərurəti yaranır. O dövrdə fotoqraflar görkəmli kinooperator və fotoqraf Rafael Qəmbərovun emalatxanasında yığışaraq müzakirələr aparır, müəyyən işlər görürdülər. Nəhayət 20 noyabr 1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyi hüquqi təsisçisi Rafael Qəmbərov, təsisçiləri Asim Talıb, Mirnaib Həsənoğlu və Namiq Məmmədov olmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçir.

Bu tarixdən sonra daha bir tarix başlanır. Azərbaycan Fotoqrafları Birliyinin tarixi!

Leave a Reply