Belarus İctimai Fotoqraflar Birliyinin sədri Vladislav Ruta Azərbaycan Fotoqrafları Birliyinin dəvəti ilə Bakıya səfər edib.
Vladislav Ruta paytaxtımızın görməli yerlərini gəzib, şəhərimizin gözəlliyini yüksək qiymətləndirib. Səfər çərçivəsində o, Milli Azərbaycan Tarixi Muzeyini də ziyarət edib. Qonağa muzeyin ekspozisiyasında nümayiş olunan, ölkəmizin zəngin tarixi və mədəni irsini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.
Xüsusilə II Dünya Müharibəsinə dair materiallar və Belarus-Azərbaycan tarixi əlaqələrini əks etdirən eksponatlar Vladislav Ruta tərəfindən böyük maraqla qarşılanıb.
🤝 Mədəni əlaqələrimizin inkişafı üçün bu cür görüşlər əhəmiyyətli rol oynayır!