DÇ-nin keçici bayrağı Belçika nümayəndəsinə təqdim olundu. . Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov keçici bayrağı Belçikada təşkil olunacaq dünya çempionatının təşkilatçısı Jef Simonsa təqdim edib. Mərasimdə Beynəlxalq Velosipedçilər İttifaqının BMX Komissiyasının və İdarə Heyətinin üzvü Artur Lopes də iştirak edib. Qeyd edək ki, 2019-cu ildə BMX üzrə dünya çempionatı Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.
Son yarış günündə çəkilən fotoları sizinlə bölüşmək istəyirəm.
Babək Həsənov