17 may tarixində Milli Azərbaycan Tarixi Muzeyinnin sərgi zalında baş tutan fotosərgidə Qərbi Azərbaycanın #Qarakilsə rayonunun Dəstəgird icmasının fotoları sərgilənmişdir.
Nümayiş olunan fotolar 1940-1988-ci illərdək olan dövrü əhatə etmişdir. Secilmiş fotolarda kəndin həyatında baş verən hadisələr, şənliklər, toy məclisləri, onun mənzərələri, ictimai binalar yer almışdır. Sərgidə kollektiv fotolar xüsusilə seçilir. Sərgilənən qrup portretləri içərisində müəyyən yaş qrupundan olan kənd sakinlərinin fotolarına rast gəlinir. Kənd uşaqlarının gülümsəyən fotolarından artıq 50-60 il kecir.
Sərginin təşkil olunmasında məqsəd #Dəstəgird kəndinin Qərbi Azərbaycanda yüzdən cox kənd sakininin həyat hekayəsini fotoqrafiya vasitəsi ilə ictimaiyyətin nəzərinə çatdırmaqdır. Bu fotolar da sahibləri kimi əzablı qaçqınlıq həyatı yaşayıb.
Sərginin nümayişi Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə kecirilmişdir.
Təşkilatçı – Qərbi Azərbaycanın Qarakilsə rayonunun Dəstəgird icması və Azərbaycan Fotoqrafları Birliyidir.
Tədbirin keçirilməsində texniki dəstək “Fotofokus” şirkəti tərəfindən həyata keçirilmişdir.
Sərginin kuratoru – Sücəddin Hüseynov, məsləhətçi – Mirnaib Həsənoğludur.