18-20 aprel tarixlərində Bakıda, Milli Gimnastika Arenasında Bədii gimnastika üzrə FIG Dünya kuboku, AGF Trophy keçirildi. 38 ölkədən 65 fərdi gimnast və 14 qrup hərəkətləri komandası qələbə uğrunda mübarizə apardı.

Yarış zamanı fərdi və qrup hərəkətləri proqramında çıxış edən idmançılar incəlik, çeviklik və texniki ustalıqlarını bir daha sübut etdilər. Müxtəlif alətlər üzrə final mərhələlərində gərgin və maraqlı mübarizələr yaşandı.
Kubokda ölkəmizi fərdi gimnastlar Kamilla Seyidzadə və Zəhra Cəfərova təmsil etdi. Təəssüf ki, onlar doğma divarlar arasında istənilən nəticəni əldə edə bilmədilər.

Dünya kubokunun sonunda qaliblər beynəlxalq hakimlər heyəti tərəfindən müəyyənləşdirilərək medal və hədiyyələrlə təltif olundular. Həmçinin təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edildi. Fərdi gimnastlar arasında kuboka almaniyalı Darya Varfolomeyev, qrup hərəkətləri komandaları arasında isə Bolqarıstan təmsilçiləri layiq görüldü.

Fotoqraf: Nadejda Cavad

Leave a Reply