Hər il olduğu kimi bu ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ənənəsinə sadiq qalaraq spottinq keçirdi. Builki spottinq aviasiyanın 80 illiyi ilə bağlı olub “Azərbaycanın Mülki Aviasiyası – 80 il” şüarı altında təşkil olunmuşdu. Spottinqdə həm peşəkar, həm də həvəskar fotoqraflar, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri və mülki aviasiya həvəskarları iştirak edirdilər. Üç saatdan artıq davam edən spottinq iki mərhələdən ibarət idi. Birinci mərhələdə spotterlər yerüstü aerodrom xidmətlərinin işini, hava gəmilərinin yedəklənməsini, ikinci mərhələdə isə təyyarələrin uçuş və enişini çəkməyə nail oldular. Spottinqin sonunda spotterlərə hava limanı rəhbərliyi tərəfindən hədiyyələr təqdim olundu.