24 dekabr 2017-ci ildə Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun mənzil qərargahında baş tutan iclasda 2016-2017-ci illər üçün AFB idarə heyətinin gördüyü işlərə yekun vuruldu. İclasın sədri Ayxan Əhmədov, katibi isə Könül Süleymanova seçildi. Hesabatı idarə heyətinin sədri Mirnaib Həsənoğlu iclasda iştirak edənləri diqqətinə çatdırdı. Hesabat illəri ərzində AFB-nin uğurları ilə yanaşı uğursuzluqlardan danışıldı. AFB sədrinin hesabatına öz münasibətini AFB-nin təsisçisi  Rəfael Qəmbərov bildirdi. Çıxışında AFB fəaliyyətində hər bir kəsin fotoqrafiya naminə bacardıqları işlər görmək arzu etdi. AFB fəaliyyətini bu illər ərzində qənaətbəxş hesab edildi. Bəzi nöqsanlar nəzərə alınması şərti ilə.

Daha sonra yeni idarə heyətinin tərkibi səsvermə ilə seçildi. İdarə heyətinin tərkibi: sədr Mirnaib Həsənoğlu, idarə heyətinin üzvləri Ayxan Əhmədov, Vüqar İbadov, Elxan Qəniyev.

Nəzarət Təftiş komissiyasının sədri Mehdi Abbasov, üzvlər Ayaz Mikayılzadə, Valeh Arifoğlu seçildilər.

İclasın sonunda gələcək illərdə AFB fəaliyyətinin istiqamətləri haqqında fikirlər bildirildi.AFB nin yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq 2018-ci il Azərbaycan fotoqrafiyası ili  elan olundu. 2018-ci ildə silsilə fotosərgilər keçirilməsi, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərə alındı.

Leave a Reply