İlk rəsmi “spottinq” elan edilib.
“Azərbaycan Hava Yolları” Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi “spottinq” tədbiri barədə elan edir.
Oxu.Az-a şirkətdən verilən məlumata görə, rəsmi “spottinq” iyulun 1 və 2-də keçiriləcək.
Fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və s. fotoyaddaşa almaq üçün unikal imkan yaradılacaq.
Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsinin (ATİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.
İştirak üçün ərizələr iyunun 23-dən 29-dək pr@azal.az e-mail ünvanına qəbul edilir.
Məktubun mövzu hissəsində “Spottinq üçün ərizə”, mətndə isə adı, soyadı və atasının adı, əlaqə telefonu və hava limanının ərazisinə keçirilməsi planlaşdırılan fotoavadanlığın siyahısını qeyd etmək lazımdır.
Həmçinin fotoşəkillərinizin dərc ediləcəyi veb-sayt və ya sosial şəbəkələrdə səhifələri (əgər varsa) göstərmək arzuolunandır.
Tədbirin keçirilmə tarixi:
– 1 iyul, cümə – peşəkar fotoqraflar və bu kimi tədbirlərdə əvvəlcədən iştirak etmiş şəxslər üçün spottinq.
– 2 iyul, şənbə – foto və aviasiya həvəskarları üçün spottinq.
İştirakçıların minimum yaş həddi – 18 yaş.
İştirakçıların hər qrupunda yerlərin sayı məhduddur, bu məqsədlə ərizəni maksimum operativ və yuxarıda sadaladığımız tələblərə uyğun göndərmək lazımdır.
“Spottinq”də iştirakın təsdiqi kimi “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşları tərəfindən göndərilən cavab məktubu olacaq.
Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları”nın rəsmi “Facebook” səhifəsinə müraciət etmək olar: