Salam olsun yumruq kimi birləşən Azərbaycan xalqına, Azərbaycan Fatehi İlham Əliyevə, canı bahasına torpaqlarımızı düşməndən azad edən yenilməz ordumuza. Bu gün gördüyüm mənzərəyə inanmağım gəlmir. Gördüklərim mənə oyanmaq istəmədiyim gözəl yuxu kimi gəlir. Çox şükür bu günləri görmək bizə də qismət oldu. Mənə hər zaman elə gəlirdi ki, Şuşanı və işğal olunmuş rayonlarımızı ancaq arzularda qeyd edib “İnşAllah gedib gələn bayramı orada keçirərik” deyə-deyə öləcəyik. Bir yandan sevinc hissi keçirirəm, bir yandan işğalda olan torpaqlarımızı qanıyla yuyaraq alan əskərlərimizə üzülürəm. Biz bu gün sevinc göz yaşları axıdırıq. Onların ailələri isə canlarından, evlərindən əbədiyyən ayrılıb şəhadət zirvəsinə ucalan qəhrəman oğullarının , ərlərinin, nişanlılarının ,atalarının yoxluğuna göz yaşları axıdırlar. Əskər anaları, xanımları, nişanlıları, övladları sizin qarşınızda baş əyirəm və üzr istəyirəm. Övladının tabutunu çiynində aparan kişi qeyrətli anam, həyat yoldaşının tabutunu çiynində qürurla daşıyan bacım, atasının şəklini əlində tutub tabutu qarşısında öndə gedən qəhraman oğulun gözəl övladı əziz balam sizin canınızdan ayrılan bir parça qanıyla, canıyla üstümüzdəki ləkəni təmizlədi. Elimizin, obamızın 30 ildə qubar bağlamış qəlbinə sevinc gətirdi. Məzarlarda narahat yatan, düşmən işgəncəsinə, təcavüzünə məruz qalan yaşlılarımızın, bacı-qardaşlarımızın, körpələrimizin, minlərlə şəhidlərimizin qisasını alaraq şəhadətə qovuşaraq tarix yazdı. Başınızı dik tutun. Onların sayəsində bir olmağı öyrəndik. Vətən bölünməz, şəhidlər ölməz. Qarabağ Azərbaycandır!

 

Leave a Reply