26 oktyabr 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin konfrans zalında Azərbaycan Fotoqrafları Birliyinin (AFB) yekun iclası keçirilib. İclasa sədrliyi birliyin təsisçisi Mirnaib Həsənoğlu edib. İclas əsnasında birliyin son dövr ərzində gördüyü işlər barədə məruzə edilib. Ayrıca maliyyə hesabatı da iclas iştrakçılarının nəzərinə çatdırıldı. Keçirilən tədbirlərdən ibarət videofilm izlənildi. Birliyin fəaliyyəti dövr ərzində qənaətbəxş hesab edildikdən sonra növbəti məsələlər müzakirə olundu. AFB-nin yeni İdarə heyəti və qurumrun sədri – Amira Süleyman seçildi. Gələcək planlar və görüləcək işlər haqqında danışıldı, layihələr müzakirə olundu.