Zəlzələnin ən duyğulu və həssas anlarından qohumunun dağıntılar altında gələn səsinə sevinən və dua edən yaxınlarının sevinc göz yaşları. Tanrı onlara bu həyatda qalmaq üçün daha bir şans verdi. Onlar ikinci şansı əldə edə bilənlərdəndir.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Fotolar: Famil Mahmudbəyli