Sənədli küçə fotoqrafiyası! əlbəttə ki, fotoqrafiya sənətinin ən mühüm, öndə gedən janrlarından biridir. Bir çox tanınmış fotoqraflar məhz bu janr üzərində öz populyarlıqlarını qazanmışlar. Hətta bəzi dünyaca məşhur rejissorlar, ssenari müəllifləri belə fotoqrafiyanın bu janrından yola çıxaraq, çəkdikləri insanların yaşam tərzlərini, bədən dilini, danışıqlarını, həyat hekayələrini və başqa detalları araşdıraraq, özlərinə kifayət qədər bilgilər toplamışlar.

Küçə fotoqrafiyasının əsas şərtlərindən biri, üzərində hər zaman gəzdirdiyin fotokameranın ekspozisiyasını anında dəyişə bilmək, tutduğun kadrın kompazisiyasını dərhal dəyərləndirmək və fokus məsafəsini düzgün quraşdırmaq bacarığıdır. Həmin an fotoqrafın beynində gedən proses təxmini belə olur: kompozisiyanı fikirləşdim, ekspozisiyanı qurdum, qaldı canlı fotoobyektə hiss etdirmədən fotonu çəkmək.

Mən adətən çəkdiyim fotolara həmin an baxmıram. Hətta, həmən gün belə baxmıram. Bilgisayarda fotoların sürətini çıxardıqdan bir müddət sonra, artıq redaktəyə keçirəm. Bu həm məsuliyyət həyəcanını artırır, həm də, zənnimcə, daha peşəkar yanaşmadır.

Küçə fotoqrafiyasının əsas cəhətlərindən biri də budur ki, bəzən portretini gizlin çəkdiyin maraqlı bir insana sonradan yaxınlaşıb, onunla söhbət etmək, onu araşdıra bilməyin mümkünlüyüdür. Amma burada da peşəkarlıq tələb olunur. Portretini çəkdiyin insan sənin verdiyin suallardan utana, və yaxud həyatında baş vermiş müəyyən hadisələrə görə insanlara olan etibarını itirdiyi üçün çəkinə bilər. Burada vacib məqam, ilkin yanaşma zamanı insanın necə bir həyat tərzi keçirdiyini anlayıb, ona uyğun zərif suallar verə bilmək bacarığıdır. Bəzən də maraqlı bir personaj gördükdə, onu dərhal çəkməmək, yaxınlaşmamaq, bir müddət kənardan müşahidə edərək dəyərləndirmək lazımdır.

Misal olaraq sizə deyim ki, fotoda gördüyünüz, adını “ulduzlu portret” adlandırdığım bu adam adının və soyadının açıqlanmasını istəmədi. Təbii ki, mən də təkid etmədim. Çünki mənim üçün əsas hədəf onun ad soyadı deyildi, əgər söhbətə başlayandan ad soyadın üzərində qalsaq bu qarşındakını qorxuda və digər suallardan çəkindirə bilər, mənim hədəfim həyat hekayəsi idi. Keçmişinin həyatında buraxdığı izlər idi. Onuda qeyd edim ki,bu cür araşdırmalarda qarşındakı insnla hər zaman razılaşmalı, fikirlərini, hayat tərzini qəbul etməsəniz belə, onu təsdiqləməlisiniz. Unutmayın siz onunla debata çıxmamsnız sdəcə heyat hekayəsini araşdırıb və qeyd edirsiniz.

“Ulduzlu portret” ilə söhbəti o qədər zərifliklə, o qədər məntiqi ardıcıllıqla aparmağa çalışdım ki, adam hətta sonunda qurşağa qədər soyunub, bədənindəki döymələri nümayiş etdirərək, ən sirli həyat hekayələrini belə mənə danışmağa qərar verdi, və təbiki ad soyadıda. Və mən hədəfə çatdım! Baxmayaraq ki, əlimdə olan film (plenka) kameraya özünə uyğun tərzdə tez-tez baxıb, ara-sıra şübhə ilə «Bax ha, birdən səsimi yazarsan?!» deyə soruşan adam, qəfildən soyunub, «Bax bunları çək, gör mən kiməm» dedi.

Döymələr: Türmə həyatı yaşayan insanlar üçün döymələr (tattorofkalar) çox böyük önəm daşıyır. Dustaqlar bədən üzvlərinə döydürdüyü döymələr vasitəsi ilə öz xarekterlərini, arzu və idealrını ətrafdakılara simvolik və yığcam şəkildə çatdırırlar. Dustaqlar öz bədənlərində olan döymələrə uyğun həyat tərzi keçirməli və həmən döymələrə cavabdeh olmalıdılar.

Çiyinlerində və ayaq dizlərində, səkkiz güşəli ulduzlar olan döymələr, inkarçılardı. Onlar, türmə qanunlarına boyun əyməyən, türmə rəhbərlərinə itaət etməyən, öz qanunlarını əsas tutan və öz qanunlarını, dövlət qanunlarından üstün tutan (avtoritetlər) qanuni oğrular hesab edilir.

Təbii ki, 16 yaşından 34 il həbsxana həyatı yaşamış, azadlığa heç cürə alışmayan, məhbus həyatını özünə azadlıq bilib, söhbət əsnasında mənə «Brat, Bakı çox dəyişilib, özümü burda heç rahat hiss etmirəm, içəridə tam başqadı» deyən bu yaşlı adamla olan maraqlı söhbət, şərtləşdiyimiz kimi, öz aramızda da qalacaq.

Amma nə zamansa “ulduzlu portret” in heyat hekayəsini başqa adla ssenariləşdirib hansısa filmdə istifadə edə bilərəm. Ssenariləşdirmək istətiyim portretlərdən hər zaman bunun icazəsini alıram sənətli fotografiyada həmçinin sənədli filmlərdə yalan yazmaq, öz fikirlərini əlavə etmək yol verilməzdi (yaradəcı vijdan məsələsi) real sənətli filmlərdə hadisənin gedişatına görə bəzən bədilik əlavə etmək olar amma filimin həqiqətlər hissəsinə toxunmamaqla və əlbətdəki montaj prosesində bütün baxışı bucağını dəyişərək, yani ki kadrlar ardıcıllığını montajda dağıdaraq yenidən fərqli bucaqla qurmaq proçessi.

(Gələcək yazımda bu barədə daha ərtaflə yazacağam)

Amma hər fərqli sənətli portretlərimdə olan kimi “ulduzlu portret” dədə bir sual yenə də məni rahat buraxmır: görəsən azadlıq insanın daxilində olur, yoxsa yaşadığı mühütdə? Mühütmü insana təsir edir, insanmı mühütə? Sizə elə gəlmirmi ki, insan daxilən azad olmadıqca, heç bir azad cəmiyyətdən söhbət gedə bilməz. Qul psixologiyası sonunda yalnız quldarlığa aparıb çıxarır…

Ps. oxuduğunuz bu yazı, gələcəkdə çap olunacaq kitbımdan çıxarılmış qısa hissələrin birləşməsidi.Hazırda üzərində işlədiyim bu Kitabda, həm dərslik, həmdə sənətli küçə fotoqrafiyasından arşdırdığım faktlar və fərqli həyat hekayyələri öz yerini tapacaq.Elçin Quliyev

 

Leave a Reply